Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım və müdafiə naziri Hulusi Akarın Azərbaycana səfərləri planlaşdırılır.

Bu haqqda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında məlumat verib.

"Biz qardaşıq. Gözəl ənənələrimiz var. Bunlardan biri də odur ki, hər iki ölkədə keçirilən seçkilərdən sonra ilk ziyarətlər Azərbaycana, Türkiyəyə edilir”, - deyə o, söyləyib.
.