
Oktyabrın 4-də Tbilisidə Gürcüstan Prezidentinin sarayı qarşısında iğtişaşlar törətmiş daha 16 nəfər saxlanılıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər naziri Geka Geladze brifinqdə bildirib.
Bununla da etiraz aksiyasının təşkilatçıları və iştirakçıları da daxil olmaqla, bu günədək saxlanılanların sayı 62-yə yüksəlib.
Xatırladaq ki, oktyabrın 4-də Gürcüstanda bələdiyyə seçkilərinə paralel olaraq Tbilisinin Azadlıq meydanında məqsədi dinc inqilab olan aksiya keçirilib. Etirazçılar daha sonra Prezident sarayına basqın etməyə çalışıblar.
.