Tayvanda zəlzələ qurbanlarının sayı 7 nəfərə çatıb, 422 nəfər xəsarət alıb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, dağıntılar altından xilas edilənlər arasında uşaqlar üstünlük təşkil edib.
Hazırda xilasedicilər insanların dağıntılar altından çıxarılması işlərini davam etdirirlər.
Qeyd edək ki, ABŞ Geoloji Xidmətinin məlumatına görə, 6,4 bal gücündə zəlzələ (ilkin qiymətləndirməyə görə 6,7 bal) cümə günü Tayvan adasının cənub hissəsində baş verib. Yeraltı təkanlar Yuytszin şəhərindən 25 km. cənubda qeydə alınıb. Zəlzələnin ocağı yerin 10 km. dərinliyində yerləşib.



.