Çini hərbi təxribat xarakterli addımlardan çəkinməyə, regional sülh və sabitliyin qorunması üçün tədbirlər görməyə çağırırıq.

Yenizaman-ın “Taibei Times”a istinadən xəbərinə görə, bunu Tayvan Administrasiyanın rəhbərinin müşaviri Qo Yauhei bildirib.

O deyib ki, indiki məqamda beynəlxalq ictimaiyyət Hind-Sakit okean regionunda sabitliyin qorunmasının tərəfdarıdır:

“Çin bütün bu amilləri nəzərə alıb bölgədə sülhün qorunması üçün əməli addımlar atmalı, “Ortaq qılınc-2024B” adlandırdığı hərbi təlimləri dayandırmalıdır”.

.