Tayvan atmosferə daxil olan ballistik raketləri məhv etməyə qadir zenit raketlərini sınaqdan keçirib.
"Taipei Times" qəzeti verdiyi məlumata görə, sınaqlar Cunşan Elm və Texnologiya İnstitutunun mütəxəssisləri tərəfindən Pindun dairəsindəki Cüpen hərbi bazasının poliqonunda həyata keçirilib.
Məlumata əsasən, sınaqların yeni "Qiqonq" raket layihəsi ilə bağlı olduğu güman edilir. Raketin sınaq uçuşunun hündürlüyü 30–48 km təşkil edib ki, bu da ballistik hədəfləri atmosferə daxil olarkən vurmağa imkan verir.
Qəzetin mənbələrə istinadən yazdığına görə, "Qiqonq" layihəsi çərçivəsində "TK-III" raketi bazasında artırılmış uçuş məsafəsinə malik bir neçə modifikasiya hazırlanır.
Gözlənilir ki, "Qiqonq I" raketi Amerika istehsalı olan "Patriot III" sistemindən daha yüksək hündürlükdə hədəfi məhv edə biləcək. "Qiqonq IIA" raketinin hədəfi vurma hündürlüyü 100 km olacaq ki, bu da ABŞ-nin "THAAD" adlı yüksək hündürlükdən müdafiə sistemi ilə müqayisə edilə bilər. "Qiqonq IIB" isə təxminən 1000 km uçuş məsafəsinə malik yeni "yer-yer" sinifli ballistik raket olacaq.
.
