Güclü yağışların səbəb olduğu daşqın nəticəsində Taylandda 70 mindən çox insan zərər çəkib.

Bu barədə "Bangkok Post" qəzeti məlumat yayıb.

Bildirilir ki, təbi fəlakət ölkənin 9 şimal-şərq əyalətinə təsir edib.

Meteorologiya idarəsi ölkədə avqustun 5-dən 9-dək şiddətli yağış proqnozlaşdırır.
.