AMEA Tarix İnstitutunun baş direktoru Kərim Şükürov koronavirusa yoluxub.

Bu barədə Tarix İnstitutundan məlumat verilib.

Qeyd olunub ki, K. Şükurov hazırda Mərkəzi Gömrük Hospitalındadır. Onun vəziyyətinin ağır olduğu, süni tənəffüs aparatına qoşulduğu bildirilib.

K. Şükürovun ailəsindən APA-ya verilən xəbərə görə, o, bir həftə imiş evdə müalicə alırmış. Dünən axşam vəziyyəti pisləşdiyindən xəstəxanaya yerləşdirilib. Tanınmış alimə birtərəfli pnevmoniya diaqnozu qoyulub.

.