
Avstraliyada yerləşən kiçik şəhəri tarantullar işğal edib.
ATV.az lenta.ru-ya istinadən bildirir ki, Avstraliyanın Maninqrida şəhəri 25 min zəhərli hörümçək sayılan tarantul hücumuna məruz qalıb. Zəhərli hörümçəklər küçələri, yaşayış evlərini, bir sözlə hər yeri işğal edib. Hörümçəklərin kütləvi hücumunun səbəbi hələ də aydınlaşdırılıb. Mütəxəssis, araxnoloq Robert Reyvenin sözlərinə görə, hörümçəklərin kütləvi hücumunun səbəbi yaşayış məskənlərində şərtlərin dəyişməsi və şəhərdə qidanın bolluğu ilə bağlıdır.
.