Azərbaycanda tanınmış ginekoloq intihar edib.

Hadisə dünən Yasamal rayonunda baş verib.

Belə ki, həkim-ginekoloq Xalidə Kəngərli özünü yaşadığı çoxmərtəbəli binanın 11-ci mərtəbəsindən atıb.

Həkim aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Baş Prokurorluqdan faktı təsdiq ediblər. Qeyd edilib ki, hadisə ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

.