Niderland millisinin sabiq futbolçusu İbrahim Afellay peşəkar karyerasını bitirməklə bağlı qərar qəbul edib.
"Report"un məlumatına görə, bu barədə 35 yaşlı veteran yarımmüdafiəçi "NOS.nl" saytına açıqlamasında deyib.
O, futbolda istədiyi hər şeyə nail ola bilmədiyini söyləyib: "Amma buna sakit yanaşıram. Həmişə bilirsən ki, bu an gec-tez yetşəcək".
Qeyd edək ki, ölkəsinin PSV klubunun yetirməsi olan niderlandlı futbolçu 2010-cu ildə İspaniya "Barselona"sına keçib. Daha sonra Almaniyada "Şalke", Yunanıstanda "Olimpiakos" və İngiltərədə "Stok Siti"nin formasını geyinən Afellay 2007 - 2016-cı illərdə yığmaya çağırılıb.

.