Avropada bir çox tanınmış klubların baş məşqçisi olmuş Tomas Tuxel İngiltərə millisini çalışdıra bilər.

"Sky Sport" xəbər verir ki, İngiltərə Futbol Assosiasiyası (FA) son günlər yığma üçün yeni baş məşqçi axtarışlarını sürətləndirib və Tuxel ilk namizəd hesab olunur.

FA ilə 51 yaşlı mütəxəssislərin tələbləri uyğun gələrsə, təyinat yaxın vaxtlarda gerçəkləşəcək.

Qeyd edək ki, Tomas Tuxel müvafiq olaraq "Borussiya" (Dortmund), PSJ, "Çelsi" və "Bavariya" klublarını çalışdırıb.

.