Tailandın cənubundakı Sonqkhla əyalətində daşqın nəticəsində 13 nəfər həlak olub.
Bu barədə "Bangkok Post" məlumat yayıb.
Bildirilib ki, ölkənin cənubunda 13 dairədə təxliyə elan edilib.
Hakimiyyət orqanları su səviyyəsinin beş gün ərzində azalacağını gözləyirlər.
Tailand Kral Ordusu zərərçəkənlərə yardım göstərmək üçün helikopterlər, donanma - 14 kater və çətin gedilə bilən yerlərdə yardım göstərmək üçün xüsusi təyinatlı qüvvələr göndərib.
.
