“Dövlət büdcəsində qeyd olunur ki, 21-ci əsr tələblərinə uyğun təhsil sistemi təmin olunacaq. Necə nail olunacaq buna, kim təmin edəcək bunu? 2021-ci ilin iyulun 1-nə qədər Azərbaycanda məşğul olan əhali sayı 5 milyon 334 min nəfərdir. Bunun da 1 milyon 720 mini dövlət və qeyri-dövlət sektorunda işləyir. Biz bilirik ki, neft sektorunda 30 min insan işləyir. Əvvəl bu rəqəm 80 min idi. Deyin görək, 3.6 milyon insan haradadır? Neynəyir? Nə işlə məşğul olur?”
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Tahir Kərimli deyib.
Deputat bildirib ki, hər dəfə büdcəyə kənd təsərrüfatı hissəsində balıqçılıq fəaliyyəti salınır: “Amma ölkədə balıqçılıq yoxdur. Bizim Xəzər boyda dənizimiz var, amma balıqçılıq yoxdur”.
Tahir Kərimli neftdən gələn gəlirlərdən xalqa kömək edilməməsinə diqqət çəkib: “İnflyasiya arta-arta gedir. Bəzi ölkələrdə neftdən gələn gəlirlərdən əhaliyə birdəfəlik yardımlar edilir. Bizdə niyə edilmir? İnternetin, telefonun, hər şeyin qiyməti artır”.
.