Tacikistan Xarici İşlər Nazirliyi Moskva vilayətində törədilən terror aktında respublika vətəndaşlarının iştirakı ilə bağlı məlumatı feyk adlandırıb.

Rəsmi Düşənbə bəyan edib ki, Tacikistan Rusiya hakimiyyət orqanlarından respublika vətəndaşlarının terror aktında iştirakı barədə məlumat almayıb.

Qeyd edək ki, Rusiya KİV-i "Crocus city hall"da baş verən terror aktında şübhəli bilinən altı nəfərdən dördünün adını açıqlayıb. Adı açıqlanan şəxslərin Tacikistan vətəndaşları olduqları bildirilib.

.