
Şüyüd çətirçiçəklilər fəsiləsindən olan birillik (nadir hallarda ikiillik) bitkidir. Şüyüdün üç növü var. Ən çox yayılmış növü iyli şüyüddür. Vətəni Cənubi Avropa, Şimali Afrika və Kiçik Asiyadır. Şüyüdün həm yarpaqlarından, həm də çiçəklərindən ədviyyat kimi istifadə edilir. Şüyüddən həm yaş, həm quru, həm də duzlu şəkildə istifadə etmək olar. Şüyüd A, C və B qrupu vitaminləri, həmçinin dəmir, kalium, kalsium, fosfor duzları ilə də zəngindir. Şüyüddən (xüsusilə də, tərkibindəki efir yağından) yeyinti və kosmetika sənayesi ilə yanaşı, tibbdə də geniş istifadə edilir.
Faydaları
İştahanı açır.
Həzmi asanlaşdırır.
Enerji verir.
İmmuniteti artırır.
Mədə-bağırsaq xəstəliklərinə qarşı faydalıdır.
Qan təzyiqini aşağı salır.
Yuxarı tənəffüs yolu xəstəliklərinin müalicəsinə kömək edir.
İshalın qarşısını alır.
Sakitləşdirici təsirə malikdir.
Ürək-damar sisteminin fəaliyyətini nizamlayır.
Yuxusuzluğu aradan qaldırır.
Qaraciyər xəstəliklərinə qarşı faydalıdır.
Ən yaxşı ağrıkəsicidir.
Yaraların sağalmasına kömək edir.
Ana südünü artırır.
Hıçqırığı kəsir.
Öskürəyin qarşısını alır.
Xolesterolu azaldır.
Öd kisəsi xəstəliklərinin profilaktikasında tətbiq edilir.
Sümüklərin inkişafına kömək edir.
Qan dövranını nizamlayır.
Sinir xəstəliklərini aradan qaldırır və s...
P. S. Hamilə qadınlar şüyüddən istifadə etməməlidirlər.
(JOY.AZ)
.