Xəbər verdiyimiz kimi, Bakının Səbail rayonu, 20-ci sahə adlanan ərazidə növbəti dəfə torpaq sürüşməsi baş verib.

"Qafqazinfo"nun məlumatına görə, hadisə zamanı evlərə ciddi ziyan dəyməsə də, torpaq sürüşməsindən yol tamamilə bağlanıb. 

Sürüşüb yolu bağlayan torpaq kütləsi üzərində isə su axıntısı müşahidə olunur. Bunun qrunt suları, yaxud kanalizasiya suları olması bəlli deyil.

.