Bu gün Şuşada keçirilən, Qarabağın bərpasına və inkişafına həsr olunmuş Türk Biznes Forumunda bir sıra sənədlər imzalanıb.

Bunlar Qırğızıstanın Ticarət və Sənaye Palatası Şurası ilə və Azərbaycanın Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında Azərbaycan-Qırğızıstan Biznes Şurası yaradılması haqqında saziş (1), Özbəkistanın Sahibkarlığın İnkişafı Agentliyi ilə Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) arasında birgə tədbirlərin həyata keçirilməsinə dair Yol Xəritəsi (2), Türkiyənin "Kut Ticarət və Marketinq Məhdud Şirkəti" ilə "Azərbaycan Qadın Sahibkarlığın İnkişafı Assosiasiyası" İctimai Birliyi arasında Anlaşma Memorandumu (3), Türkiyənin "İnmak Şirkətlər Qrupu" ilə "Bakı Tekstil Fabriki" MMC arasında Anlaşma Mmemorandumudur (4).

.