Azərbaycanın Şuşa və Türkiyənin Trabzon şəhərləri qardaşlaşıb.
Bununla bağlı Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Bağlantının mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda tədbirdə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sənədi Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin sədri Ahmet Metin Genc imzalayıblar.
.
