Türkiyənin Azərbaycandakı Səfirliyinin sosial şəbəkə hesabında Şuşa Bəyannaməsinin imzalanmasının 5-ci ildönümü münasibətilə paylaşım edilib.
Paylaşımda bildirilib ki, Azərbaycanla müstəsna qardaşlıq və strateji tərəfdaşlıq münasibətləri beş il əvvəl Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyevin imzaladığı Şuşa Bəyannaməsi ilə yeni və tarixi bir mərhələyə yüksəlib.
“Şuşa Bəyannaməsinin müəyyən etdiyi hədəflər və ortaq gələcək baxışı əsasında Azərbaycanla əməkdaşlığımızı bütün sahələrdə daha da gücləndirərək inkişaf etdirməyə qətiyyətlə davam edəcəyik”, - deyə paylaşımda qeyd edilib.
.
