Sabunçu rayonunda Balaxanı- Binəqədi yolunda(Balaxanı qəsəbəsinin mərkəzindən Binəqədi yolunun başlanğıcına kimi) avtonəqliyyat vasitələrinin hərəkəti bu gündən etibarən qismən məhdudlaşdırılacaq.

"Azəravtoyol" ASC xəbər verir ki, aparılacaq təmir işləri ilə əlaqədar olaraq sözügedən avtomobil yolunda məhdudlaşdırma avqust ayının 11- nə kimi qüvvədə olacaq. Qurum vətəndaşlardan yarana biləcək narahatlığa görə öncədən üzr istəyir, sürücülərdən alternativ yol kimi Zabrat avtomobil yolu və Ziya Bünyadov prospektindən istifadə etmələrini tövsiyə edir.

.