Suriyanın Homs şəhərinin mərkəzində iki partlayış baş verib, ölən və yaralananlar var.
Yenizaman.az  xəbər verir ki, bu barədə yerli polisdəki mənbəyə istinadən RİA "Novosti" məlumat yayıb.
"Homsun mərkəzində, Əz-Zəhra məhəlləsindən keçən Sittin küçəsində iki partlayış baş verib. Bombalardan biri terrorçu-kamikadze tərəfindən işə salınıb. Dinc əhali arasında ölən və yaralananlar var", — deyə agentliyin həmsöhbəti bildirib.
.