Suriyadan Türkiyəyə keçmək istəyən terrorçu saxlanılıb.

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının keçirdiyi əməliyyat nəticəsində PKK-ın yüksək vəzifə tutan fərdlərindən olan Helin İşenme Suriyadan Türkiyə keçmək istəyərkən tutulub.

Helin İşenme 2016-cı ildə terrorçulara qoşulub və 2017-ci ildə silahlı terror təşkilatına üzv olmaq ittihamı ilə Diyarbəkir 5-ci Sülh Cəza Məhkəməsi tərəfindən barəsində həbs qərarı çıxarılıb.

Qeyd edək ki, bir müddətdir MİT tərəfindən PKK bir çox yüksək vəzifə tutan terrorçuları Suriya və İraqda keçirilən əməliyyatlar nəticəsində məhv edilib.

.