Suriyada da zəlzələ nəticəsində ölən və xəsarət alanların sayı çoxalıb.
“Anadolu”-un xəbərinə görə, Suriyanın Türkiyə ilə sərhəd yaşayış məntəqələrindən olan Azaz və Əl-Bab şəhərlərində ölənlərin sayı 100-ü keçib.
Zəlzələ nəticəsində xəsarət alanlar isə 334 nəfərdir. Hazırda dağıntıların altında qalan şəxslərin xilas edilməsi istiqamətində işlər aparılır.
.
