Suriyada Prezident Əhməd əş-Şəraanın öldürülməsini hədəfləyən iki sui-qəsd cəhdinin qarşısı alınıb.

Bu barədə "Reuters" agentliyi mənbələrə istinadən bildirib.

Məlumata görə, qəsdi "İslam Dövləti" həyata keçirməyə planlayıb.

Qeyd edilir ki, sui-qəsdlərin üstü son bir neçə ay ərzində açılıb. Sui-qəsdlərdən biri Əhməd əş-Şəraanın iştirak etməli olduğu "əvvəlcədən elan edilmiş nişan mərasimində" həyata keçirilməsi planlaşdırılırdı.

Digər detallar dəqiqləşdirilmir.

.