Suriyanın Xarici İşlər Nazirliyindən Türkiyənin normallaşma ilə bağlı addımlarına cavab gəlib.

Türkiyə XİN-dən məsələ ilə bağlı verilən məlumata görə Suriya ilə əlaqələrin normallaşması yönündə mühüm addımlar atılır və müsbət yöndə mühüm nəticələr əldə olunub.

Son günlər Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşması ilə bağlı hökumətdən bir-birinin ardınca açıqlamalar gəlsə də, Suriya Xarici İşlər Nazirliyi məsələyə ilk dəfə münasibət bildirib.

Suriyanın SANA xəbər agentliyinin məlumatına görə, Xarici İşlər Nazirliyinin bir nüsxəsi bu gün SANA-ya çatan bəyanatında aşağıdakı ifadələr öz əksini tapıb:

"Suriya, ölkələrin maraqlarının münaqişə və ya düşmənçiliyə deyil, möhkəm münasibətlərə əsaslandığı qəti inanca sahibdir. Buna əsaslanaraq, Suriya, özü ilə bu ölkələr arasında münasibətlərin yaxşılaşdırılması üçün irəli sürülən müxtəlif təşəbbüslərə müsbət cavab verməyə hazırdır.”

Türkiyə XİN-in məsələ ilə bağlı açıqlamasında isə bildirilir ki, iki ölkənin təhlükəsizliyi və sabitliyi 2011-ci ildən əvvəlki vəziyyətin qaytarılmasına əsaslanır.

.