Suriya Prezidenti Bəşər Əsəd Ərəb Dövlətləri Liqasının mayın 19-da Səudiyyə Ərəbistanında keçiriləcək sammitində iştirak edə bilər.

“Al Hadath” telekanalı verdiyi xəbərə görə, bunu bu gün Qahirədə Ərəb Dövlətləri Liqası Xarici İşlər Nazirləri Şurasının iclasından sonra keçirilən mətbuat konfransında təşkilatın Baş katibi Əhməd Abu al-Qeyt bildirib.

Baş katib deyib ki, Bəşər Əsəd arzu edərsə, Ərəb Dövlətləri Liqasının növbəti sammitində iştirak edə bilər.

.