Suriya ordusu Hələbin şərq əyalətlərini azad etmək istiqamətində döyüşləri davam etdirir. 

AzNews.az TASS agentliyinə istinadən xəbər verir ki, Suriya ordusu hazırda Baidin meydanına tərəf istiqamət götürüb. Bu istiqamətdə orduya fələstinli döyüşçülərdən ibarət "Liva-əl-Qüds” briqadası dəstək olur. 

Eyni vaxtda, Masakin-Hanano qəsəbəsində isə "Cəbhat Fəth aş-Şam” terror qruplaşmasının döyüşçülərinə artileriya silahlarından atəş açılıb. 
.