İsveçrənin Cenevrə şəhərində Suriya ilə bağlı danışıqların 4-cü mərhələsi başlayıb.
"RİA Novosti”-i xəbər verir ki, toplantının əvvəlində BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura tərəflərlə ayrı-ayrılıqda görüşüb.
Görüşdə Suriyanın yeni hökumətinin formalaşdırılması, ölkə konstitusiyasının yeni layihəsi və seçkilərin keçirilməsi məsələləri müzakirə olunur.
.