Suriyanın Tifor aerodromuna aviazərbələri İsrailin Hərbi Hava Qüvvələri endirib.
Publika.az xəbər verir ki, bu haqda Rusiyanın Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilir ki, hücum bazar ertəsi gecə 03:25-lə 03:53 arasında həyata keçirilib.
"İsrailin Hərbi Hava Qüvvələrinin iki F-15 təyyarəsi Suriyanın hava məkanına girmədən Livan ərazisindən səkkiz idarə olunan raketlə zərbəni endirib", - idarədən bildiriblər.
Rusiya hərbçilərinin məlumatına görə, 3 raket aerodromun qərb hissəsinə düşüb, daha 5-i isə Suriyanın Hava Hücumundan Müdafiə gücləri tərəfindən zərərsizləşdirilib. Hücum vaxtı Rusiya məsləhətçilərinin zərər çəkmədiyi bildirilir.
Qeyd edək ki, Xüms şəhərində hökumət güclərinə aid hava bazası raket hücumuna məruz qalıb.
.
