Bu il Şanxayda keçiriləcək "Victorias Secret”in şousunda çıxış etməyə hazırlaşan Bella Hadid ideal formada qalmasının sirrini açıb.

Xarici mətbuata istinadən oxucuları modelin sağlamlıq və gözəllik sirləri ilə tamış edib.

İlk növbədə onu qeyd etmək lazımdır ki, qırmızı xalçada cəsarətli libasları ilə poza verməyi sevən super model keçən il "Victorias Secret” dəfiləsində iştirak etmək üçün gecə-gündüz məşq edib, ağır pəhrizlər saxlayıb. Bellanın debütü tənqidsiz ötüşməyib. Ulduz buna çox emosional reaksiya vermişdi. Bella "People” jurnalına müsahibəsində arıqlaması ilə bağlı tənqidlərə bunları demişdi:
"Mən həqiqətən də bu qədər arıqlamaq istəmirdim, indi sinəmi və ombamın əvvəlki vəziyyətini geri qaytarmaq istəyirəm. Mənim günahım deyil ki, müasir modellərə belə sərt tələblər qoyurlar! Mən bu barədə çox danışmaq istəmirəm. Nəhayət, biz - hamımız çox müxtəlifik".
Bu ilki dəfiləyə 2 həftədən az vaxt qalıb və model öz üzərində çox inadla işləyir ki, təyin olunmuş gündə və saatda lazımi formaya düşə bilsin.

Səhər yeməyi

Əgər işim yoxdursa, səhərlər yaxşı yeyirəm. Səhər yeməyində bişmiş yumurta və sosiska olur, amma nə vaxtım olmayanda buterbrod yeməli oluram” , - deyə Bella bildirib.

Naharda zülal

Məsələn, göyərtindən hazırlanmış qarnirlə qızılbalıq steyki və ya toyuğun döş əti. "Zülallı qidalar xoşuma gəlir, yaxşı ki, zülallı məhsullar yeyə bilirəm. Axı 20 saat ayaq üstə duraram, onlar isə mənə güc verir".
Ümumiyyətlə, Bella az-az, amma tez-tez yeyir. Çünki onun qanında şəkərin səviyyəsi aşağıdır.

Fast-fudan qorxmur

Bella gizlətmir ki, pizza və çirburger kimi fastfudları çox sevir, hətta onların şəkillərini tez-tez instaqram hesbaında da paylaşır:
"Sağlam, arıq və gözəl bədənə sahib olmaq xoşuma gəlir. Amma ən ağır məşqlər və qidalanmanın sərt dövrlərində də özümə icazə verirəm ki, istədiyimi yeyim".

Göyərti smuziləri, zəncəfilli çay və qara qəhvə

"Mən çəkiliş meydançasına çoxlu yaşıl içkilər sifariş verir, həm də adətən termosda bitki çayları hazırlayıram. Bilirəm ki, qəhvə faydalı deyil, amma nə etmək olar, "kofemanam". Nahardan əvvəl üç fincan espresso içməsəm, sadəcə olaraq özümü insan hiss etmirəm".
Yeri gəlmişkən, o, günü bir fincan möhkəm qəhvə ilə deyil, limonlu su ilə başlamağa üstünlük verir. Model bildirib ki, limonlu su bədəni yaxşı canlandırır və təmizləyir.
Bitki çaylarına marağı onda yaxın rəfiqəsi və həmkarı Kendal Jenner oyadıb. Bellanın sözlərinə görə, məşhur alt paltarı markası "Victorias Secret”in şousuna hazırlıq ərəfəsində maye detoksu normasını artırır və gündə 12 fincana qədər bədəni təmizləyən effekti ilə tanınan bitki çayları içir.
"Victorias Secret”in mələyinin belinin incə qalmasının sirlərindən biri odur ki, xüsusi inqrediyentlərdən: ağ çay, roybuş ( qırmızı kök çayı – bu bitki Afrikanın cənubunda yetişir) razyana və zəncirotundan ibarət çay içir.

Axşam yeməyini özü hazırlayır

Mələklərin çoxları "rum-servis"i sevgisi ilə tanınır, Bella isə ev yeməyinin olmamasından əziyyət çəkir:
"Model olmazdan əvvəl vaxt qıtlığından əziyyət çəkmirdim, şam yeməyini həmişə özüm hazırlayırdım. İndi vaxt azdır, amma çalışıram ki, evə hazır yemək sifariş edim. Bəli, evə. Mehmanxanalara normal yanaşıram, amma öz çarpayımda yatmağı üstün tuturam".
Model formada qalmasının digər səbəbini buğda bişirilmiş ispanaqla izah edib. Bu, onun sevdiyi tərəvəz yeməklərindən biridir.
Bella məşq planında kifayət qədər mühafizəkardır. O, Nyu-Yorkun məşhur fitnes-klubunda məşq edir və bunu təkbaşına etməyə üstünlük verir:
"İdman edəndə yanımda məşqçidən başqa heç kimi görmək istəmərəm. Bağışlayın ki, qrup məşğələlərini xoşlamıram.
Onun məşqçisi Rob Pieladır. Yeri gəlmişkən Robi modelin bacısı Cici Hadidlə də məşğul olur. Böyük bacısı fitnes məşğələlər edir və boksa üstünlük verir. Cicinin fikrincə, balans kardio məşqləri həqiqi mənada piyləri bədəndən xaric edir.
Bellada boksa həvəsi Cici yaradıb. Bu, Bella üçün düşərli olub. Belə ki, Bella "TAG Heuer” saat brendinin siması olub, onun ilk reklam kampaniyası da boks əlcəklərində çəkilib.

























.