Sumqayıtda Təhsil Şöbəsinin metodistini maşın vurub.

"Report"un verdiyi məlumata görə, hadisə şəhərin mərkəzi küçələrindən birində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini 1986-cı il təvəllüdlü, Əzimzadə Gülnar Fazil qızı yolu keçərkən qarşı tərəfdən gələn avtomobil onu vurub. Yaralı dərhal xəstəxanaya çatdırılıb və vəziyyəti qənaətbəxşdir.

.