![](/uploads/img/posts/2024/05/23/c67e1483-c132-3771-8294-cedae78f3272_850jpg-1716471181.jpg)
Sumqayıt şəhərində suyun verilişində fasilələr yaranacaq.
Bu barədə “Azərsu” ASC-nin “Sumqayıt Sukanal İdarəsi”ndən” məlumat verilib.
Qeyd olunub ki, Sumqayıt şəhər əhalisinin bir hissəsini içməli su ilə qidalandıran d 450 mm-lik su kəmərində baş vermiş qəza ilə əlaqədar olaraq, 2024-cü il mayın 24-ü səhər saat 09:00-dan axşam saat 22:00-a qədər kəmərin su ilə təmin etdiyi Kotec qəsəbəsi, Kimyaçılar qəsəbəsi, 26-cı məhəllə, Xəzər bağları, 7-8-12 ci məhəllələrin bir hissəsinə suyun verilişində fasilə yaranacaq.
.