Bu gün Sumqayıt şəhərində iki avtobus toqquşub.
Sumqayıt Şəhər Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, 7 saylı sərnişin avtobusu ilə 30 saylı "Daewoo” markalı avtobus toqquşub.
Qəza nəticəsində hər iki avtobusa ziyan dəyib. Avtobusların qabaq şüşələri çatlayıb. 7 saylı avtobusun buferi qırılıb.
İlkin ehtimala görə, hadisə avtobus sürücülərinin ötmə əməliyyatını düzgün yerinə yetirə bilməməsi səbəbindən baş verib.
Xoşbəxtlikdən qəza zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
