Sumqayıt Tibb Mərkəzinin nəzdində olan mərkəzi aptek 48 nəfər qazini hər ay bütün psixoaktiv preparatlarla təmin edir.

Bu barədə mərkəzdən məlumat verilib.

Bildirilib ki, Sumqayıt Tibb Mərkəzi 2022-ci ilin fevral ayından bu günə kimi 5390 şəhid, qazi və onların ailə üzvlərinə və müharibə iştirakçılarına tibbi xidmət göstərib.

Onlardan 1193 nəfəri şəhid ailələrinin üzvləridir.

Məlumata görə, 2022-ci ilin fevral ayından bu günədək qazi və şəhid ailələrinin üzvləri olan 170 nəfər Sumqayıt Tibb Mərkəzində işlə təmin olunub. Onlardan 36 nəfər mühafizə xidmətinə, 17 nəfər təcili tibbi yardım üzrə sürücü, 13 nəfər sanitar-porter, digərləri isə həkim, orta və kiçik tibb işçiləridir.

.