
Sumqayıt şəhərində oğurluq edən şəxs saxlanılıb
Yenizaman DİN-ə istinadən xəbər verir ki, mayın 22-də Sumqayıtda naməlum şəxs şəhər sakinini aldadaraq adına olan bank kartından 150 manat çıxarıb, digər kartdan isə 2600 manat oğurlayıb.
Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 45 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
.