Sumqayıt şəhərində dəniz sahilindəki hasar sökülüb.

Bu barədə Oxu.Az-a Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verib.

“Sumqayıt İH və müvafiq qurumlar tərəfindən dəfələrlə vətəndaşa xəbərdarlıq olunub. Bununla bağlı material hazırlanaraq hüquq-mühafizə orqanlarına göndərilib. Artıq dünəndən həmin ərazidə hasarın sökülməsi ilə bağlı qərar qəbul olunub və bu gün qeyd olunan ərazidə hasar tamamilə sökülüb”, - deyə qurumdan məlumat verildi. 

Sökülən hasarın fotolarını təqdim edirik:

.