
Ötən gün Bakının Binəqədi rayonunda baş verən faciəli yanğından sonra paytaxtın bəzi yerlərində binaların "penoplast” üzlüklərinin sökülməsinə başlanılıb.
Təhlükəsizlik tədbirləri ilə əlaqədar Sumqayıtda da bu gün səhər saatlarından başlayaraq binaların "penoplast” üzlükləri sökülür.
Bu barədə azvision.az-a Sumqayıt sakinləri məlumat verib. Bildirilib ki, söküntü şəhərin mərkəzi hissəsində aparılır.