Sumqayıt şəhərində çoxmərtəbəli binanın lifti qırılıb, 3 nəfər ağır xəsarət alıb.
"Report"un yerli bürosunun verdiyi məlumata görə,hadisə şəhərin 47-ci məhəlləsində baş verib.
Belə ki, çoxmərtəbəliyaşayış binasında hərəkətdə olan lift qırılıb. Hadisə nəticəsində liftdə olan3 nəfər -1981-ci il təvəllüdlü Sahil Əliağa oğlu Nəcəfov, 1982-ci təvəllüdlü Oruc Faiq oğlu İsmayılov və 1995-ci il təvəllüdlü Təbriz Famil oğlu Nəcəfli 8-ci mərtəbədən yıxılaraq ağır xəsarətlər alıblar.
Yaralılar yerli sakinlərin köməyi ilədərhal Sumqayıt şəhər TəciliTibbiYardımXəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.

