Sumqayıt şəhəri ərazisində bir nəfərin bank kartından 473 manatının oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 59 yaşlı C.Əliyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

.