Sumqayıtdan Hacı Zeynalabdin qəsəbəsi istiqamətində hərəkətdə olan 3 saylı sərnişin avtobusunun "Kamaz" markalı yük maşını ilə toqquşması nəticəsində xəsarət alanların bəzilərinin xəstəxanalarda müalicəsi davam etdirilir.

Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri Nəriman Baxşəliyev Publika.az-a açıqlamasında bildirib ki, hadisə nəticəsində xəsarət alan 13 nəfər Təcili yardıma müraciət edib.

"Onlardan on nəfərinə ambulator yardım göstərilib, vəziyyətləri normal olduğundan xəstəxanaya yerləşdirilmələrinə ehtiyac olmayıb. Xəsarət alanlardan 2-si Təcili Tibbi Yardım Xəstəxanasına, 1 uşaq isə Uşaq xəstəxanasına yerləşdirilib. Stasionara yerləşdirilənlərin hamısının vəziyyəti qənaətbəxşdir, yaxın 1-2 günə evə buraxılacaqlar. Ümumilikdə xəsarətlərin hamısı travmadır”.

***

Sumqayıt şəhərində sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində yaralananların adları məlum olub.

"Report” xəbər verir ki, qəzada xəsarət alan avtobus sərnişinləri bunlardır:

1986-cı il təvəllüdlü Vəliyeva Binyət Ömər qızı

1983 cü il təvəllüdlü Vəliyeva Aysel Ömər qızı

2011-ci təvəllüdlü Məmmədzadə Özgür Sahib oğlu

1988-ci il təvəllüdlü Məmmədzadə Rəvanə Sahib qızı

2009-cu il təvəllüdlü Rzayev Ömər Aqşin oğlu

2006-cı il təvəllüdlü Qurbanov Nihat Qurban oğlu

1953-cü il təvəllüdlü Məmmədova Nərgiz Mahmud qızı

1971-ci il təvəllüdlü Feyzullayev Feyzulla Əzizulla oğlu

1982-ci il təvəllüdlü Nuraliyeva Aynurə Rasim qızı

1995-ci il təvəllüdlü Mahmudov Bəhram Əhmədağa oğlu

1963-cü il təvəllüdlü Feyzalıyeva Nailə Qardaşxan qızı

1982-ci il təvəllüdlü Qurbanova Sevinc Xıdır qızı

2008-ci təvəllüdlü Qurbanova Aysun Qurban qızı.

Xəsarət alanlardan biri - 2011-ci təvəllüdlü Məmmədzadə Özgür Sahib oğlunun vəziyyəti ağırdır.

İki nəfər qeydiyyata düşməyib.

***

Sumqayıt şəhərində içi sərnişinlə dolu avtobus qəza törədib.

Sumqayıtdan Hacı Zeynalabdin qəsəbəsi istiqamətində hərəkətdə olan 3 saylı sərnişin avtobusu "Kamaz" markalı yük maşını toqquşub.

Nəticədə avtobusda olan şərnişinlərdən 15 nəfəri xəsarət alıb. Yaralananlar dərhal Sumqayıt şəhər Təcili Tibbi yardım xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (report)

.