Bakı-Quba yolunun Sumqayıtın Yaşma yaşayış massivindən keçən hissəsində ölümlə nəticələnən yol qəzası qeydə alınıb.

Yolu keçmək istəyən piyada - 1990-cı il təvəllüdlü Qəniyev Vüsal Tofiq oğlunu yük maşını vurub.

Ağır bədən xəsarətləri alan 31 yaşlı piyada ölüb. Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

.