"Hərbi təyyarə məsələsi indi ən aktual məsələ deyil".
Bunu NATO Baş katibi Yens Stoltenberq Alyansın müdafiə nazirlərinin iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Ukraynaya hərbi təyyarələrin verilməsi hazırda ən aktul məsələ deyil, ancaq bu məsələ də bu gün müdafiə nazirlərinin toplantısında müzakirə olunacaq.
"Müttəfiqlər üçün verdikləri sözü yerinə yetirmək indi daha vacibdir. Hazırda Ukraynanın ağır silahlara, tanklara, modern silahlara, havadan müdafiə sistemlərinə ehtiyac var", -Stoltenberq deyib.
