Yens Stoltenberq Ukraynadakı müharibənin uzanma ehtimalı ilə bağlı xəbərdarlıq edib.

Bu barədə NATO Baş katibi BBC radiosuna deyib.

"Ukrayna silahlı qüvvələrinin əraziləri geri ala bildiyini və Rusiya xəttinin arxasına zərbələr endirdiyini görmək, əlbəttə ki, son dərəcə ümidvericidir. Lakin eyni zamanda, biz başa düşməliyik ki, bu, müharibənin sonunun başlanğıcı deyil, biz bunun uzun müddət davam edəcəyinə hazır olmalıyıq", - Stoltenberq bildirib.

.