Ukrayna müharibədə qalib gəlməsə, NATO-ya üzvlük məsələsi öz əhəmiyyətini itirəcək.
Bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə keçirilən brifinq zamanı deyib.
Xatırladaq ki, Ukrayna Prezidenti Vladimir Zelenski ötən ilin 30 sentyabrında NATO-ya qısa zamanda üzv olmaq üçün müraciət olunduğunu bəyan etmişdi, lakin ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirmişdi ki, hazırda Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı işlərin həyata keçirilməsi üçün uyğun zaman deyil.
.
