Türkiyədəki zəlzələ NATO-nun qurulmasından bəri bizim alyansımızın torpaqlarında ən ölümcül, ən qorxunc fəlakətdir.

Bunu Türkiyədə səfərdə olan NATO Baş katibi Yens Stoltenberq Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.

O, qeyd edib ki, NATO müttəfiqləri zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Türkiyəyə dəstəyini davam etdirir.

Stoltenberq əlavə edib ki, Niderland, Böyük Britaniya, ABŞ və Norveçin təmin etdiyi hərbi təyyarələr təbii fəlakət bölgəsinə beynəlxalq yardımların çatdırılması məqsədilə gecə-gündüz fəaliyyət göstərirlər.

.