"Prezident Putin sərhədlərində daha az NATO görmək istədi, lakin bunun əksinə nail oldu".
Bunu NATO Baş katibi Yens Stoltenberq alyansın XİN başçılarının iclasından əvvəl jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, Putin Ukraynaya hücum edərək həm də NATO-nun qapısını bağlamaq, sərhədlərində daha az NATO görmək istədi, lakin bunun tamamilə əksinə nail oldu: "NATO müttəqifləri daha yaxşı hazırlıq vəziyyətinə gəldi, alyansın müxtəlif qanadlarında onun hərbi mövcudluğu daha da gücləndi, NATO-ya yeni üzvlər qoşuldu. Bu gün Finlandiya alyansa üzv olur, inanıram ki, tezliklə İsveç də üzv olacaq".
.
