NATO Asiya və Avropada təhlükəsizliyə dair narahatlıqlar fonunda Yaponiya ilə birgə təlimləri artırmağa çalışır.

Bu barədə Alyansın baş katibi Yens Stoltenberq “Kyodo” agentliyinə müsahibəsində bildirib.

“Yaponiya ilə əməkdaşlığın əhəmiyyəti daha da artıb. Biz kiçik təlimlər keçiririk, lakin biz onları genişləndirmək istərdik”, - Stoltenberq vurğulayıb.

.