NATO Baş katibi Yens Stoltenberq Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.

Bu barədə Prezident Zelenskinin "Facebook" hesabında bildirilib.

"Yens Stoltenberqin bu səfəri genişmiqyaslı müharibədən sonra ilk səfərdir - biz bunu Alyansın Ukrayna ilə münasibətlərdə yeni, iddialı qərarlar fəslinə başlamağa hazır olduğuna işarə kimi şərh edirik", - Zelenski bildirib.

Qeyd edək ki, görüş NATO Baş katibinin Kiyevə səfəri çərçivəsində baş tutub.

.