"Mən əminəm ki, İsveç NATO-nun tamhüquqlu üzvü olacaq və bunun gələn ay Vilnüsdə keçiriləcək NATO sammitinə qədər baş tutması mümkün ola bilər".

Bunu NATO Baş katibi Yens Stoltenberq PBS telekanalına müsahibəsində deyib.

"Lakin mən buna zəmanət verə bilmirəm. Deyə biləcəyim odur ki, mən Prezident Ərdoğanla onun inaqurasiya mərasimi zamanı görüşdüm. Bizim çox yaxşı görüşümüz oldu. Biz razılığa gəldik ki, ötən il Madriddə İsveç, Finlandiya və Türkiyənin yaratdığı Daimi Mexanizm çərçivəsində yenidən toplanaq. Onlar bu həftə Türkiyədə görüşəcək və hələ də mövcud olan fikir ayrılıqlarını müzakirə edəcəklər. İsveç uzun yol keçib, onu Türkiyə də daxil olmaqla müttəfiqlər NATO-ya dəvət edib. O zamandan bəri İsveç status əldə edib, NATO-ya daha çox inteqrasiya edib və NATO-nun masasında yer alıb. Lakin bizim tam ratifikasiyaya ehtiyacımız var və buna mümkün qədər tez nail olmaq üçün səylə çalışırıq", - Stoltenberq vurğulayıb.

.