NATO Baş katibi Yens Stoltenberq Bosniya və Herseqovinanın alyansa üzvlük şərtlərini açıqlayıb.

Bu barədə Baş katib Stoltenberq Bosniya və Herseqovina Prezidentlik Şurasının sədri Denis Beciroviclə birgə keçirdiyi mətbuat konfransında deyib.

NATO Baş katibi Bosniya və Herseqovinanın alyansa üzvlüyü üçün iki şərtin vacib olduğunu deyib.

O bildirib ki, ilk olaraq ölkədə tələb olunan islahatlar həyata keçirilməli, dövlət institutları və demokratiya güclənməlidir. "Bosniya və Herseqovina hökuməti islahatlarla bağlı səylərini davam etdirməlidir. Hökumət institutları, silahlı qüvvələrin çoxmillətli xarakteri gücləndirilməlidir. Təbii ki, bu yalnız üzvlük üçün deyil, ölkənin inkişafı üçün vacibdir. İkinci şərt isə BH xalqının və siyasi elitasının bunu istəməsi ilə bağlıdır. Buna onlar qərar verməlidir.

Biz anlayırıq ki, üzvlük sabah baş verəsi deyil, amma ümumilikdə bu islahatlar ölkənin inkişafı və Aİ-yə üzvlük istiqamətində önəmlidir", - NATO Baş katibi əlavə edib.

.